Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN rəsmisindən İdlib böhranı ilə bağlı açıqlama

“Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ölkələrdir”.

Bunu  Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, Azərbaycan İdlib böhranının tezliklə diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır:

“Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərini və bu səfər çərçivəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndiririk. Suriyada yaranmış vəziyyət diplomatik yolla həllini tapmalıdır. Bu, təkcə gərginləşmə ilə bağlı deyil, eyni zamanda humanitar böhranın yaranmasına yol açan problemdir.

Ölkələr bu sahədə əldə olunmuş razılaşmalara riayət etməlidir. Suriyada vəziyyətin gərginləşdirilməsinə, qarşıdurmanın artmasına, müharibənin qızışdırılmasına yol verilməməlidir”.

Son xəbərlər
Bütün xəbərlər »