Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yüksək vəzifəli şəxs nə başa düşsün ki, feministlər o plakatla nə istəyirdilər?”

8 martda paytaxtda feministlərin yürüşü açılan plakatların qeyri- adiliyi ilə yadda qaldı. Kim bilir, bəlkə də elə məqsəd bu idi.Hadisələrin davamı olaraq plakat qaldırıan feminist Aysel Əlizadə özünü 3-cü mərtəbədən ataraq intihara cəhd etdi. Və cəmiyyətdə bu mənada hətta onu qəhrəman elan edənlər də tapıldı.

Şair, publisist, sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, o xanımların ümumiyyətlə nə istədiyini anlamaq çətin idi.

Əhməd Qəşəmoğlu Əhməd Qəşəmoğlu

“Bizlirsinizmi, mən anlamadım o xanımlar nə istəyirlər. Onlar bilməliydilər ki, hansı ölkədədirlər və nə istəyirlər. Onu dinləyən ölkə başçısı və ya hər hansı əlaqədar qurumun rəhbəri yürüş, mitinq edənin məqsədini məramını anlamalıdır ya yox, bilməlidir ki o nə istəyir, qarşılığında ona müvafiq kömək edilsin. Bunlar alıblar əllərinə biədəb şüarları, o məsul olan şəxs, yüksək vəzifəli məmur sənə nə verməlidir? Bu qızlar, xanımlar hansı azadlığı istəyir? Məişət probelmini, sosial problemlərini dilə gətirmirdilər, qadına şiddətə son demirdilər. Onsuz da ölkədə azad şəraitdir də. Kim kiminlə istəyir evlənir, harda necə istəyir görüşürBu cür şüarlar, bu şəkildə yürüşlər başqa tələblərlə nümayişə çıxanları da gözdən salır. Azərbaycan bu cür şüarlara hazır deyil. Niyə də hazır olmalıdır? Bu nə deməkdir axı, “mən kimə istəsəm bədənimi ona verərəm”. Onsuz da bu belədir.

O qrupun içərisində yaxşı düşüncəli insanlar da var idi,amma bu aksiya ümumilikdə uğursuz alındı. Bu cür mübarizə aparmazlar.Bu aksiyanı təşkil edənlər indi də o intihar edən qızı qəhrəmana çevirmək üçün çalışırlar. O qıza qarşı siyasi təzyiq olmayıb, valideyn təzyiqi olmayıb. Özü fikirləşib, bu addımı atıb. Bizim azadlıq, demokratiya barədə təsəvürlərimiz aşağı səviyyədədir. “İdeologiya uğrunda alkoqolik oldum, narkoman oldum,bu yolda öləni də cəmiyyət öldürdü, filan demək qondarma işlərdir”,- deyə o qeyd edib.

Saleh Nəsirov Saleh Nəsirov

Sosial blogger Saleh Nəsirov isə əksini düşünür.

“Onlar Azrbaycanda qadın zorakılığına qarşı etiraz bildirirdilər. Və bu şüarla ortaya çıxdılar.Onlara biədəb deyirlər. İnsanlar hansısa hərəkətə deyil, şüara önəm verirlər. O qızın intiharında cəmiyyətin, onun söyülməsinə səbəb olan internet səhifələrinin rolu var.Amma anlamadılar ki, bu hücumların əks psixoloji tərəfləri də ola bilərdi.Bu qız öz səhifəsində hərəkətinin izahını verir axı.Burda əxlaqsızlıq yoxdur, tibbi terminologiyadan istifadə edib.Bu onun özünəməxsus ifadə yoludur, amma bu heç kimə onu təhqir haqqı vermir. Cəmiyyətdə bu anlamda dözümüsüzlük və mənəvi terror var. Bu yürüş sübut etdi ki, biz tolerant deyilik, qəddarıq”,- deyə Saleh Nəsirov qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »