Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya koronavirusa yoluxdurmaq üçün könüllülər axtarır - 4500 dollara

Londonun Queen Mary BioEnterprises İnnovasiya mərkəzi SARS-CoV-2 virusuna qarşı vaksin hazırlamaq məqsədi ilə koronovirusa yoluxdurmaq üçün 24 könüllü axtarır.

Bizimyol.info Nat.geo.ru-ya istinadən xəbər verir ki, könüllülər bir sıra tibbi testlərdən keçdikdən sonra, onlara koronavirusun iki zəif ştammı 0C43 və 229E yeridiləcək. Bu viruslar yüngül respirator simtomlar yaratdıqdan sonra, mövcud olan və yeni yaradılmış vaksinlər bu xəstələr üzərində tətbiq olunacaq. Pasiyentlər 2 həftə ərzində karantində qalmalı, müəyyən diyetik qidalar qəbul etməli, fiziki çalışmalar və insanlarla ünsiyyətdən qaçmalıdırlar. Eksperimentin nəticələri COVİD-19-la effektiv mübarizə aparmaq üçün istifadə olunacaq. Könüllülərə eksperimentdə iştirak üçün $4588 ödəniləcək. Testlərə laboratoriya müvafiq icazə aldıqdan sonra başlanılacaq.

Queen Mary BioEnterprises SARS-CoV-2-a qarşı vaksin hazırlamağa çalışan 20 qlobal şirkətdən biridir. Vaksinin gələn qışa hazırlana biləcəyi deyilir.

Hazırda COVİD-19-a yoluxanların sayı 120000, ölənlərin sayı 4293 təşkil edir.

İlhamə Rəsulova

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »