Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: Ticarət mübadiləsinin qorunması üçün qonşu ölkələrlə yaxından əməkdaşlıq edirik

“İranda ilk koronavirusa yoluxma halı qeydə alındıqdan sonra aidiyyəti dövlət qurumlarının təmsil olunduğu iştirakı ilə xüsusi qərargah yaradılıb. İndiyədək qərargahın bir neçə iclası keçirilib”.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra qonşu ölkələrdə narahatlıqlar hökm sürürdü: “Biz çalışdıq ki, həmin narahatlıqları aradan qaldıraq. Bir neçə sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda ticarət mübadiləsinin qorunub saxlanılması üçün dost və qonşu ölkələrlə yaxından əməkdaşlıq edirik. Sürücülər tibbi yoxlanışdan keçir və onlara sağlamlıq barədə arayış verilir”.(apa)

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »