Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Suriya ilə sərhədi təhlükəsizlik zolağına çevirəcəyik"

“Türkiyənin Suriya ilə sərhədinin başqa hissələrini də təhlükəsizlik zolağına çevirməyə davam edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bildirib.

“Suriya ilə 911 km-lik sərhədimizin hər qarışını həm terror qruplaşmalarından, həm də məzhəbçi rejim qüvvələrindən (Bəşşar Əsədə aid qüvvələri nəzərdə tutur - red.) qorumaqda israrlıyıq. Cerablusda, Afrində, Tel Abyadda və Rəsulaynda etdiklərimizi İdlibdə də həyata keçirəcəyik. Sərhəd xəttimizin başqa hissələrini də bu təhlükəsizlik zolağına daxil edəcəyik”, - o vurğulayıb.

Ərdoğan deyib ki, Suriyanın İdlib bölgəsində ara-sıra atəşkəsin pozulması halları qeydə alınır: “Bəşşar Əsəd rejimi və onunla birlikdə olan məzhəbçi silahlıların atəşkəsə nə qədər əməl edəcəkləri məlum deyil. Biz verdiyimiz sözə əməl edirik. Ancaq qarşımızdakılar vədlərinə əməl etməzlərsə, əvvəlkindən daha ağır şəkildə üzərlərinə getməkdən çəkinməyəcəyik”.

Xatırladaq ki, martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlibdə atəşkəs elan edilməsi ilə bağlı razılıq əldə olunub.(apa)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »