Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin ucuzlaşması və hökumətin proqnozları

Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı” bizi necə qoruyacaq?

Məlum olduğu kimi, OPEK+ ölkələri arasında mübahisə yaranıb və getdikcə kəskin xarakter alıb. Bu mübahisənin bir tərəfi Səudiyyə Ərəbistanı, o biri tərəfi isə Rusiya olub. Səudiyyə krallığının neft hasilatını azaltmamaq, əksinə artırmaq barədə qərarı dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Bu da dünyanın ən böyük neft ixracatçılarından biri, demək olar ki, əsasən neft-qaz gəlirlərindən asılı olan Rusiyanın milli valyutasının – rus rublunun dollar qarşısında dəyərdən düşməsinə gətirib çıxarıb. Bu da, əlbəttə, neft ixrac edən başqa ölkələrin də gəlirlərinə təsir edir.

Prezident İlham Əliyev Milli Məclisin yeni tərkibinin ilk iclasında bu məsələyə də toxunub. O deyib ki, koronavirusun dünyanın əksər ölkələrində yayılması və neftin qiymətlərinin çökməsi dünyada yeni vəziyyət yaradır. Bu, Azərbaycana da təsir edir. Məlumdur ki, bəzi iqtisadçı ekspertlər, eləcə də, sosial şəbəkə istifadəçiləri bu son prosesləri nəzərdə tutaraq tezliklə Azərbaycanda maliyyə bazarlarının çökəcəyi, manatın dollar qarşısında kəskin dəyər itirəcəyi, qiymət artımı və sair bu kimi məsələlərlə bağlı bədbin proqnozlar verirlər. Lakin Prezident İlham Əliyev Milli Məclisin iclasında da etdiyi çıxışında bu ssenariləri önləmək üçün addımlat atıldığını da dedi.

Onun sölərinə görə, hökumət bu məsələ ilə bağlı operativ iclas keçirib və lazım olan qərarları verib. Nazirlər Kabineti və başqa müvafiq qurumlar da həmin bədbin proqnozların əksinə vəzyyətin nəzarət altında olduğunu deyir.

Zahid Oruc Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da bildirib ki, dövlətin “təhlükəsizlik yastığı var” və neft qiymətlərinin düşməsindən ölkə ciddi zərər görməyəcək.

Bəs hökumətin bu proqnozları nəyə əsaslanır? Prezidentin çıxışında da göstərildiyi kimi, hökumət preventiv tədbilər görür. Əlbəttə ki, ilk növbədə Azərbaycanın 52 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarının olduğu önə çəkilir. Hökimət həm də ona əsaslanır ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 17 faizinə bərabərdir. Bu da dünyada ən aşağı göstəricilərdən sayılır. Hesab olunur ki, 2014-cü ildən başlanmış olan qlobal maliyyə-iqtisadi böhrandan da Azərbaycan az itki ilə çıxmış və iqtisadiyyatının dayanıqlılığını təmin etmiş durumdadır.

Prezident İlham Əliyev də çıxışında bəzi rəqəmləri göstərmişdi; 2020-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda böyümə 6,7 faiz təşkil edib. ÜDM 2,8 faiz artıb. Inflasiya 2,8 faiz olub. Kölgə iqtisadiyyatı ilə mübarizənin də ciddi nəticələri olduğunu deyən Prezident Əliyev vergi və gömrük orqanlarının buradakı rolunu xüsusi qeyd edib. Hökumətin açıqladığı məlumatlardan da görünür ki, sosial layihələrin icrası təxirə salınmır.

Bununla belə ölkədə neftin ucuzlaşmasından sonra narahatlıq var; insanlarda qorxu, sabaha inamsızlıq yaradan açıqlamalar və fikirlər də səslənir. Bu da adamların banklardakı depozitlərini çəkmə, manatı dollara dəyişmə kimi addımlara sövq edilməsinə yönəlib. Bundan yalnız möhtəkirlər qazanır; koronavirus olayında qoruyucu maskaları, dezinfeksiyaedici maddələri gizlədib qiymətləri qaldıranlar olduğu kimi bu halda da manatın ucuzlaşacağı haqda söz-söhbətlərdən qazananlar oldu. Ancaq hökumət rəsmiləri dəfələrlə bəyan ediblər ki, narahatlığa əsas yoxdur; inflyasiya hədəflənən hədd daxilində qorunub saxlanılır. Məsələ də ondadır ki, adamlar dövlət rəsmilərinə deyil, möhtəkir işbazlara inanaraq pullarını çəksələr, dollar alışı kütləviləşsə, bu, vəziyyətin elə əhalinin özü üçün daha böyük problemlər yaratmasına gətirib çıxaracaq. Bundan qazananlar isə yalnız tamahkar möhtəkirlər şəbəkəsi olacaqdır.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »