Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: “Qiymət dəyişikliyi indiki halda yalnız psixolojidir”

“Əvvəlki devalivasiya təcrübəsinə baxsaq biz gördük ki, əmlak bazarında devalivasiya siqnallarını əmlak satan şəxslər eşitdikdə ya qiyməti qaldırdılar, ya da ki gözləmə mövqeyinə keçdilər. Evi satan şəxs evin qiymətini dollar ekvivalentinə görə artırdı. Amma devalivasiyadan sonra əksinə bazarda qiymətlər enməyə başladı. Bu o deməkdir ki, qiyməti bazar yox psixoloji amillər formalaşdırmışdı. Bazar isə həmin qiymətləri balanslaşdırdı”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov səsləndirib.

Ramil Abbasov Ramil Abbasov

“Bazarda həm investorlar var həm də şəxsi istifadə üçün ev alanlar var. İnvestorlar tələsmədən bazarı gözləyirlər. Bazarın cavabından sonra ona uyğun hərəkətə keçirlər. İndi də elə həmin vəziyyətdir. Əsasən də hal-hazırda praktikaya uyğun olaraq ucuz evlərdə qiymət artımı müşahidə olunur. Neftdən asılı bir ölkə olduğumuz üçün əmlak bazarında da qiymət oynalamarı normal haldır. Qiymət dəyişikliyi indiki halda yalnız psixolojidir. Cüzi də olsa əmlak bazarında mart ayından aktivlik artıb. Səbəb isə Dövlət İpoteka Fondunun bankalara limit ayırmasıdır”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »