Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-dan neftin ucuzlaşması ilə bağlı açıqlama

Son günlər dünya bazarında neftə tələb azalıb və qiymətlər düşür. Qiymətlərin düşməsi neft istehsal edən bir çox dövlətin valyuta ehtiyatlarının azalmasına və büdcə xərclərinin yerinə yetirilməsində çətinliyə səbəb olur. Neft istehsal edən Səudiyyə Ərəbistanı qiymətlərin düşməsilə mübarizə aparmaq üçün hasilatın daha da azaldılmasını təklif edir.

Bəs, dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizin xarici gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edən neft ixracında, neftin hasilatında azalma müşahidə olunacaqmı?

“Hasilata təsir göstərmir hazırda, çünki itkisizlik həddi hazırkı qiymətdən xeyli aşağıdır”.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Bizimyol.info-ya bildirib.

“İxrac həcmlərində qiymətin düşməsinə görə azalma gözlənilmir, lakin xam neftin satışından əldə edilən gəlirlərdə azalma qiymət aşağı düşdüyünə görə təbiidir”,- deyə İ.Əhmədov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »