Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın aylarda mənzil bazarında qiymətlər necə olacaq? - Koronavirus daşınmaz əmlaka da toxuacaq

Düz bir il öncə, 2019-cu ilin yanvar- fevral aylarında ölkənin daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının sayı az olaraq qiymətləndirilsə də canlanmanın da olduğu qeyd edilirdi.

2019-cu ilin dekabr ayında bütün dünyada həyəcan təbilinin çalınmasına səbəb olan koronavirus yalnız insan sağlamlığına deyil iqtisadiyyata da zərbələr endirildi, verilmiş proqnozlar alt- üst oldu. İqtisadçıların devalvasiya proqnozları verməsi ilə insanları bir sual da düşündürməyə başladı. Əldəki pulu daşınmaz əmlaka yatırmağa dəyərmi? Mənzil bazarında qiymətlər hansı şəkildə dəyişəcək.

Bizimyol.info izləyicilərimizin bizə yönləndirdiyi bu sualla iqtisadçı Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli Natiq Cəfərli

Natiq Cəfərli bizə verdiyi açıqlamada qeyd etdi ki, devalvasiya olsa əmlak bazarında qiymətlər gözlənildiyi kimi dəyişəcək, dollarla qiymətlər düşəcək. “Bahalı evlərdə, lüks seqmentdə devalvasiyadan sonra qiymətlərin azalması gözlənilir. Devalvasiyadan öncə, 2015-2016-cı illərdə xatırlayırsınızsa Azərbaycanda çox bahalı mənzillər satışa çıxarılmışdı. Azərbaycanda Avropa ölkələrindən da baha qiymətlərə mənzillər satılırdı və alıcı da tapırdı. Lakin devalvasiyadan sonra şəhər mərkəzindəki bahalı evlərin qiymətləri düşmüşdü. Bu tendensiya yenidən təkrarlana bilər.Bahalı mənzil və villa almaq istəyənlər gözləməlidirlər. Ola bilər ki, bu seqmentdə qiymətlərdə azalma müşahidə olunacaq.Lüks seqmentdə qiymətlər düşəcək”,-deyə ekspert qeyd edib.

Amma onun sözlərinə görə, 1-2 otaqlı mənzillərin qiymətləri dəyişməyəcək.

“Amma 1-2 otaqlı mənzillərdə, şəhər mərkəzindən kənardakı mənzillərdə qiymətlərin düşəcəyini hesab etmirəm. Bu mənzillərə tələbat həmişə çox olur. Hal -hazırda mənzil almaq istəyənlər əllərində olan manatı dollara çevirsələr bu təlatümlü dönəmi daha az itkiylə yola vermiş olarlar.Ən azından bir müddət sonra yenidən manata çevirəndə itkiləri sığortalanmış olacaqlar. Bu gün mənzil bazarı ilə bağlı çox dəqiq proqnoz vermək çətindir. Azərbaycanda həmişə mənzillərə tələbat var. Əsasən də aşağı seqmentdə, yəni qiymətlərin ucuz olduğu seqmentdə qiymət dəyişimi olmayacaq. Bu seqment öz qiymətlərini qoruyub saxlayacaq. Amma villa və ya şəhər mərkəzində lüks mənzillərə sahib olmaq istəyənlər bir qədər gözləməlidirlər. Bu seqmentdə quymətlərin yenidən aşağı düşməsi tendensiyasını ola bilər ki yaxın aylarda yaşayaq”.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »