Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkelin koronavirusla bağlı açıqlaması deputatları dəhşətə gətirdi

Almaniya kansleri Angela Merkelin koronavirusla bağlı açıqlaması alman deputatları vahiməyə salıb.

Bizimyol.info xəbər verir ki, kansler kütləvi tədbirlərin təxirə salınmasının vacibliyini vurğulayıb və bildirib ki, koronavirus hələ uzun müddət davam edə bilər. O deyib ki, böyük ehtimalla Almaniya əhalisinin 60-70 faizi koronavirusa yoluxacaq. Yoluxanların 80 faizi xəstəliyə qalib gələcək.

"60-70 faizlik" yoluxma proqnozu deputatları dəhşətə gətirib. Almaniya mətbuatının yazdığına görə, hər kəsi diksindirən bu açıqlamanın dərhal ardınca bütün zala lal sükut çöküb.

Angela Merkel Angela Merkel

Merkel bildirib ki, xəstəliyə yalnız zamanla qalib gələ bilərik. Onun açıqlamasından belə aydın olub ki, Almaniya hökuməti epidemiyanın gələn qışda da davam edəcəyini proqnoz edir. Kansler deyib ki, kütləvi tədbirləri təxirə salıb lazımi addımları atmalıyıq, epidemiyanın zəifləməsini və ya vaksin tapılmasını gözləməliyik.

Son xəbərlər
Bütün xəbərlər »