Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa ordusunun komandanı da koronavirusa yoluxdu

Polşa silahlı qüvvələrinin komandanı, general Yaroslav Mikidə koronavirus aşkarlanıb.

Bu barədə Polşa Müdafiə Nazirliyi özünün Twitter səhifəsindən məlumat yayıb.

Bildirilir ki, Polşa Müdafiə Nazirliyinin rəhbəri Almaniyadakı toplantı zamanı yoluxub. “Almaniyadakı hərbi toplantıdan qayıdandan sonra general Mikidə koronavirus aşkarlanıb. Onu müşaiyət edən bütün şəxslər təcrid olunub”,-məlumatda deyilir.

Bundan əvvəl Polşada koronavirusa 17 yoluxma halı təsdiqlənmişdi. General Yaroslav Miki son günlərdə Avropada sürətlə yayılmaqda olan Covid-19 virusuna yoluxan ilk komandan deyil. Xatırladaq ki, ABŞ ordusunun Avropadakı qüvvələrinin komandanı, general Kristofer Kavoli də koronavirusa yoluxub. General Kavolinin də məhz Almaniyadakı həmin hərbi toplantı zamanı yoluxduğu bildirilir.

Habelə daha əvvəl İtaliya ordusunun Baş qərargah rəisi, general Salvatore Farina da virusa yoluxmuşdu. O, özünü artıq yaxşı hiss etdiyini açıqlamışdı.(virtualaz.org)

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »