Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusa yoluxanların sayı 10 mini keçdi

Çində koronavirusun sürəti xeyli azalıb. Əvəzində İtaliya çox ağır günlərini keçirir.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsində virusa yoluxanların sayı 10 mini keçib. İtaliya Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb. Məlumatda son sutka ərzində 1100 nəfərdən çox italyanın virusa yoluxduğu bildirilir. İndi ümumi sayın 10 min 149 olduğu bildirilir. Daha 168 nəfər həyatını itirib. Beləcə, İtaliyada koronavirusdan ölənlərin sayı 631-ə çatıb.

İtaliya bütün göstəricilərə görə yalnız Çindən geri qalır. Amma Asiya ölkəsində ən ağır günlərdə belə, ardıcıl bu qədər ölüm qeydə alınmırdı.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, bürün dünyada 117 min 147 nəfər koronavirusdan əziyyət çəkir. İndiyə qədər 4199 virus daşıyıcısı həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »