Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada məhbuslar həbsxananı yandırdı, nəzarətçiləri girov götürdülər - Video

Koronavirus İtaliyada həyatı iflic edib. Bütün ölkə boyu karantin elan olunub. Aprelin 3-nə qədər bütün idman yarışları təxirə salınıb.

Bizimyol.info xəbər verir ki, İtaliyada koronavirusa görə məhkumlar həbsxananı yandırıb. Bir neçə nəzarətçi girov götürülüb.

Hadisə Bolonya şəhərindəki “La Dozza” cəzaçəkmə müəssisəsində baş verib. Neçə gündür buradan məhbusların bunt xəbərləri gəlirdi. Bu gün onlar nəzarətçilərin bir neçəsini sıradan çıxarmağı bacarıblar. Həbsxanaya od vurublar. Məhbusların əksəri təcridxananın damında gözə dəyir.

“La Dozza”nın ətrafına məhbusların yaxınları yığışıb. Onlar cəza çəkənlərin qapalı şəraitdə saxlanmasına etiraz edirlər. Məhbuslar özü də bu şərtlər altında koronavirusdan qaçmağın mümkünsüzlüyünü iddia edirlər. Etiraz edənləri sakitləşdirmək üçün hadisə yerinə xüsusi polis dəstələri gəlib.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »