Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan benzinin qiyməti ilə bağlı açıqlama

Neft bazarında baş verənlər məntiqlə benzin qiymətlərinə təsir göstərməyə bilməz. Türkiyədə qiymətləri aşağı salmaq qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, qardaş ölkənin dövlət başçısı benzinin qiymətinin aşağı salınması müjdəsini verib. Türkiyə prezidenti yanacağın bu gecədən etibarən 60 kuruş (təxminən 17 qəpik) ucuz satılacağını bildirib.

İndiyə qədər benzinin 1 litri paytaxt Ankarada 6,71 (1,87 manat), İstanbulda isə 6,63 lirəyə (1,85 manat) satılırdı. Qiymət 6 lirəyə xeyli yaxınlaşacaq.

Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını artırması dünya bazarında şimşək effekti yaratdı. Dünən “Brent” markalı neftin qiyməti birdən-birə 13-14 dollar aşağı düşdü. Səudiyyə Ərəbistanı apreldə hasilatı daha 20-25 faiz artıracağını açıqlayıb. Deməli, neftin qiymətinin bir az da aşağı düşməsini gözləmək olar.

Son xəbərlər
Bütün xəbərlər »