Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xurşidbanu Natəvanın Belçikadakı heykəli vandalizmə məruz qalıb – Fotolar

Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Niderlandda yaşayan diaspor rəhbəri, ictimai fəal Elxan Mirhəşimli məlumat verib.

Onun sözlərinə görə, Belcikanin Vaterlo şəhər kitabxanasının qarşısında Azərbaycan hökuməti tərəfindən ucaldılmış Natəvanın heykəlinə qarşı ermənilər vandalizm aktı törədiblər.

Natəvanın Belçikadakı heykəli vandalizmə məruz qalıb – Fotolar

Naməlum şəxslər heykəlin üzərində Natəvanın adının yazıldığı lövhəni dağıdıb, sonra abidəyə ağ rəngdə maddə töküblər.

Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb.

Qeyd edək ki, abidə 2016-ci ildə fevralın 18-də ucaldılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »