Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbhəyanı ərazilərdə elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması layihəsinə başlanılıb

“Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi cəbhəyanı ərazilərdə birgə layihənin icrasına başlayıblar.

ASC-dən verilən məlumata görə, Ağdam rayonu ərazisində elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin işlənməsi üçün hər iki qurumun birgə apardığı monitorinqlər nəticəsində rayonun yaşayış məntəqələrində mövcud problemlərin həllini nəzərdə tutan tədbirlər planı hazırlanıb.

İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənəcək, yeni güc mərkəzləri yaradılacaq. Yaşayış ərazisinin təbii qazla təmin olunması üçün daşıyıcı və paylayıcı boru xətlərinin çəkilməsi, müasir qaz tənzimləyici şkafların quraşdırılması, hər bir fərdi yaşayış evinin mətbəxindəki qaz işlədici cihaza qədər olan daxili qaz xətlərinin çəkilməsi, eləcə də məişət qaz sayğacının və fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. Görüləcək işlər əhalinin kommunal xidmətlərə tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə ödənilməsinə, eləcə də enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək.

“Azərişıq” ASC və “Azəriqaz” İB tərəfindən nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılan avadanlıq və materiallar martın 10-da Ağdam rayonuna gətirilib.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »