Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Devalvasiya ilə bağlı açıqlama: “Bank sistemimizi qeyri-peşəkarlar idarə edir”

Dünya birjalarında neftin qiymətinin 30 dollara qədər ucuzlaşma Azərbaycanda ajiotaja səbəb olub. Neftin qiymətində əhəmiyyətli titrəyişlərlə bağlı əhalinin kommersiya banklarında dollar almaq üçün növbəyə durduğu bildirilir.

Mövzu ilə bağlı maliyyə-bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, neftin qiymətinin düşməsi bir daha göstərdi ki, ölkənin maliyyə sistemi anormaldır, Mərkəzi Bank və kommersiya banklarının əksəriyyəti isə qeyri-peşəkarların əlindədir.

Əkrəm Həsənov

“2015-ci ilin fevral ayında, birinci devalvasiya vaxtı neftin qiyməti 50 dollardan da çox idi. Buna baxmayaraq ölkəmiz devalvasiyaya getdi. Ona görə getdi ki, 2014-ci ilin yay aylarında neftin qiyməti 110 dollardan çox idi. Birdən-birə neftin qiyməti 60 dollardan aşağı düşmüşdü. Hətta neftin qiyməti 35 dollardan çox olduğu vaxtda da ikinci devalvasiyaya gedildi. Ona görə də təbii olaraq hamı bunları bildiyi üçün devalvasiyadan qorxur.

Hazırda valyuta ehtiyatımız 50 milyarda yaxındır. 2015-ci ildə baş verən ilik devalvasiaydan əvvəl isə 50 milyarddan bir az çox idi. Yəni təxminən yaxın rəqəmlərdir. Amma buna baxmayaraq ölkəmiz o zaman devalvasiyaya getdi. Nədi-nədi ölkəmiz 2014-ci ilin son aylarında 3 milyard valyuta ehtiyatını itirmişdi. Növbəti devalvasiya neftin qiymətinin necə müddət ucuz olmasından asılı olacaq. Aydındır ki bizim hökumətin ümidi var ki neftin qiyməti bahalaşacaq. Rusiya ilə OPEC dil tapmasa, neftin qiyməti bahalaşmayacaq və devalvasiya qaçılmaz olacaq”,- deyə Ə.Həsənov bildirib.

Ekspertin sözlərinə görə, əhalinin indi düşdüyü vəziyyət Mərkəzi Bakın fəaliyyətinin nəticəsidir: “2017-ci ilin fevral ayından başlayaraq Mərkəzi Bank milli valyutanın məzənnəsini sabit saxlayıbdır. Hamını sabit məzənnəyə öyrəşdiriblər. Halbuki məzənnə üzən olmalıdır ki, hamı banklara qaçıb manatı dollarla dəyişməsin. Qorxsun ki neftin qiyməti qalxar və əlindəki dollar ucuzlaşar”.

Ə.Həsənov iddia edib ki, Mərkəzi Bank banklara kifayət qədər dollar satmaq istəmir: “Yəni valyuta ehtiyarlarını xərcləmək istəmir. Buna görə də bankların əhalinin tələbatını ödəmək üçün kifayət qədər dolları yoxdur. Başqa sözlə, ölkədə valyuta böhranıdır.

Mərkəzi Bank ona görə banklara dollar satmır ki, özünün müəyyən etdiyi məzənnəyə etibar etmir. Yəni başa düşür ki, neftin qiyməti uzun müddət ərzində ucuz qalsa, devalvasiya qaçılmaz olacaq. Buna görə də sadəcə gözləyir ki, bəlkə neft yenə bahalaşdı. Neft bahalaşmasa, devalvasiyaya gedəcək. Yəni həm vaxt udmaq istəyir, həm də valyuta ehtiyatlarını qorumaq.

Banklar rəsmi olaraq dolları Mərkəzi Bankın məzənnəsindən baha, özü də istədikləri məzənnə ilə sata bilsələr də, bunu etmirlər. Deməli, onlara qeyri-rəsmi göstəriş verilib ki, bunu etməsinlər. Bir sözlə, “manatın sabitliyi” oyunu davam edir. Məhz buna görə də limitlər müəyyən edilib, anket doldurmağı (anket tələbi ümumiyyətlə qanunsuzdur) tələb edirlər və s.

Bütün bunların yeganə nəticəsi odur ki, manata, Mərkəzi Banka, bank sisteminə etimad tam sarsılır. Son 2 ildə manatın məzənnəsini zorla saxlamaqla ona nail olmuşdular ki, manat əmanətlərinin həcmi artmışdır. İndi isə böyük ehtimalla əmanətçilər əmanətlərini dollara çevirmək istəyəcəklər”.

Ekspert bildirib ki, Mərkəzi Bank elan etdiyi məzənnə ilə banklara dollar satmalıdır. Banklar isə əhaliyə dolları öz istədikləri məzənnə ilə satmalıdır: “Yəni hər şey qanun çərçivəsində və bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır. Panikanın, ajiotajın öhdəsindən gəlməyin yalnız bir yolu var: qanunçuluq, oyun qaydalarına riayət etmək. Ümumiyyətlə, iqtisadi inkişafın da əsası məhz budur.

Görünən odur ki, ötən 5 il ərzində nə Mərkəzi Bankın, nə də kommersiya banklarının əksəriyyətinin rəhbərliyinin peşəkarlığı artmayıb, ötən səhvlərdən heç bir nəticə çıxarmayıblar. Ümid edək ki, apreldə Milli Məclis nəhayət Mərkəzi Bankın rəhbərliyini dəyişəcək. Əks halda, azı hər beşillikdə bizi eyni problemlər gözləyir. Düzdür, yeni rəhbərin gəlməsi də o demək deyil ki, hər şey yaxşı olacaq. Bir də gördünüz ki, Mərkəzi Bankı da hansısa qlamur boşboğazın əlinə verdilər”.

Ramid İbrahimov

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »