Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin səlahiyyət müddətinin uzadılması ilə bağlı təklifə qarşı çıxıb

Rusiya Prezidenti Vladimir Putin konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.

Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.

Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V.Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: “Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.

V.Putin səlahiyyət müddətinin uzadılması ilə bağlı konstitusiyaya edilən dəyişikliklərlə bağlı təklifə qarşı çıxaraq bunun yolverilməz oldğunu bildirib.

O, güclü prezident hakimiyyətinin Rusiya üçün vacib olduğunu qeyd edib: "Hakimiyyətin dəyişkənliyi ölkənin dinamik inkişafının təmin olunması üçün lazımdır".

Qeyd edək ki, deputat Valentina Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib, prezidentlik müddətinin ləğv olunmasını təklif edib.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »