Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
S-400 açıqlaması: "Türkiyənin 100 nəfərlik heyəti Azərbaycanda kurs keçib"

Azərbaycan mütəxəssislərinin S-400 hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasında Türkiyəyə dəstək verməsi təbii haldır. Azərbaycanda S-300 sistemləri var və S-400 kompleksləri onun yeni modifikasiyasıdır. Türkiyənin 100 nəfərlik hava hücumundan müdafiə üzrə heyəti artıq Azərbaycanda kurs keçib. Azərbaycan həmin mütəxəssisləri S-300 komplekslərinin üzərində hazırlayıb və Türkiyəyə yola salıb.

Bu sözləri sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyə mətbuatının azərbaycanlı mütəxəssislərin martın sonuna aktivləşdirilməsi planlaşdırılan S-400-lərin quraşdırılmasında Türkiyəyə kömək etdiyinə dair yazdığını şərh edərkən deyib.

Şair Ramaldanov

Onun sözlərinə görə, iki qardaş ölkə arasında hərbi əməkdaşlıq, mütəxəssislərin öz biliyindən faydalanaraq silahların tətbiqində iştirakı normaldır: “Daim Azərbaycan mütəxəssisləri bu və ya digər formada Türkiyə Silahlı Qüvvələrində iştirak edirlər. Hərbi iş birliyi daimidir, planlar qurulur və bu istiqamətdə işlər görülür. Türkiyə Silahlı Qüvvələri Azərbaycan mütəxəssislərinə inanır və yüksək qiymətləndirir”.

Şair Ramaldanov qeyd edib ki, Türkiyə Rusiyadan təkcə S-400 sistemləri almayıb, başqa sursatlar da var: “Sadəcə bu, ən çox vəsait ayrılan kontraktdır deyə barəsində daha çox söz açılır. Azərbaycanlı mütəxəssislər Rusiyada bu və ona bənzər sistemlər üzərində püxtələşiblər”.

S-400-lərin tətbiqi və hansı ərazidə yerləşdiriləcəyinə gəlincə, polkovnik qeyd edib ki, sistemlərin yerləşdiyi ərazi məxfi saxlanılır və böyük ərazi nəzarət altında saxlanıldığından ümumilikdə Şərqi Aralıq və Egey dənizlərinin adı çəkilib: “Bu günlərdə Rusiya və Türkiyə prezidentlərinin görüşü ilə problemlərin aradan qaldırılması üçün addımlar atıldı. İki ölkənin əməkdaşlığı önəmlidir. Xüsusilə Rusiyaya ətrafındakı geosiyasi vəziyyəti nəzərə alsaq NATO üzvü olan Türkiyə ilə isti münasibət saxlanması xeyirdir. Azərbaycan isə istər hərbi, istərsə də digər spektrlərdə Türkiyəyə dəstək verməyə hazır olduğunu nümayiş etdirir”. (teleqraf.com)

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər