Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci siniflərə elektron qaydada şagirdlərin qəbulu ilə bağlı açıqlama

2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilməsinə başlanılıb.

Bizimyol.info xəbər verir ki, bu gün saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır. Martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bu sistemdən istifadə, sənəd qəbulu, qeydiyyat tam şəkildə ödənişsizdir: “Birinci sinfə qəbul elektron qaydada bütün ölkə üzrə yox, Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında həyata keçiriləcək.

Kamran Əsədov Kamran Əsədov

I sinfinə 1 yanvar 2013 – 31 dekabr 2014-ci il müddətində anadan olmuş uşaqlar qəbul olunurlar. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb edilirlər.

Hansısa valideyin övladının başqa müəllimə, məktəbə qeydiyyatını istəsə o zaman mektebeqebul.edu.az saytında əvəlki sorğunu ləğv edib 13 mart 2020-cu ildə yenidən sorğu yerləşdirməlidir”.

Ekspert bildirib ki, süni sıxlığın qarşısını almaq məqsədilə I sinfə qəbul prosesində bir sıra azsaylı məktəblərində mikroərazi prinsipi tətbiq ediləcək: “Mikroərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Ərazi prinsipi tətbiq olunan məktəblərin mikroərazisində daimi qeydiyyatda olmayanlar övladlarını yalnız həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edim ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər”.

Osman Gündüz Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, inidyədək bu sistemlə qəbul yalnız Bakı şəhərində və bir sıra bölgələrdə pilot qaydada həyata keçirilirdi: “Təhsil Nazirliyinin bu elektron xidməti kifayət qədər təkmilləşdirilib və 2020-ci ildən başlayaraq bütün ölkə miqyasında tətbiqi üçün şərait yaradılıb. Düşünürəm ki qəbulun bu formada həyata keçirilməsi neqativ halların qarşısın alınması, şəffaflığın təmin olunması və yeni texnologiyaların tədris prosesinin idarə olunmasında tətbiqi baxımından olduqca uğurlu bir addımdır”.

O.Gündüz bildirib ki, uşaq bağçalarına elektron qəbul məsələsi hələ də öz həllini tapmayıb: “Təhsil Nazirliyi öz sistemini bağçaların tabe olduğu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edə biləcəyini bildirsə də, Bakı şəhər İcra Hakimiyyəti bildiyim qədər uşaq bağçalarına elektron qəbul sisteminin yenidən hazırlanması üçün sifariş verib. Hələlik bu sistemdən xəbər yoxdur”.

Ramid İbrahimov

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »