Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Atəşkəsin pozulmasına görə Rusiya sərt şəkildə Suriya rejiminə xəbərdarlıq edib”

“Dünən İdlibdə atəşkəs pozulub. Buna görə Rusiya sərt şəkildə rejimə xəbərdarlıq edib”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Rejim atəşkəsə əməl etməsə, bu günə qədər qəhrəman ordumuz nə edibsə, yenə də onu edəcək. Bu atəşkəs razılaşmasında da öz əksini tapıb”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Mövlud Çavuşoğlu Rusiya telekanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi qapıda gözlədilməsini əks etdirən süjetə də münasibət bildirib.

XİN rəhbəri Rusiya telekanalını sayğısızlıqda günahlandırıb.

“Rus mediasını başa düşürəm. Lakin bizim içərimizdə bu qara təbliğatdan məmnun olan o qədər adam var. Bax bunu başa düşmürəm. Rus mediasının etdiyi isə böyük sayğısızlıqdır”, - deyə Çavuşoğlu vurğulayıb.(apa)

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »