Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Merab Surquladze: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə Baş Qərargah yaratmalıdır”
Merab Surquladze

Bu il Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Gürcüstanın Müdafiə Nazirliyi bu barədə bir neçə gün əvvəl xəbər verib. Bildirilir ki, görüş Gürcüstan ərazisində keçiriləcək.

Türkiyə-Azərbaycan-Gürcüstan” üçbucağının yaranmasından danışa bilərikmi, ölkələrimizi hansı təhlükələr gözləyir?

Bu barədə “Gürcüstan-Qafqaz Strateji Tədqiqatlar İnstitutu”nun hərbi mütəxəssisi Merab Surquladze ilə danışıb.

- Gələcək barədə düşünməliyik, çünki ölkələrimizin qarşısına çıxan təhlükələri yaxşı bilirik. Əvvəlcə regional müdafiə üzərində işləmək lazımdır və bu ehtiyat, mülki müdafiə və səfərbərlikdir. Bizdə bu yoxdur.

- “Bizdə” deyəndə yalnız Azərbaycan və Gürcüstanı nəzərdə tutursunuz? Çünki Türkiyədə bununla bağlı hər şey qaydasındadır.

- Bəli, hələ ki, biz Azərbaycan və Gürcüstan haqqında danışırıq.

- Bəs “Türkiyə-Azərbaycan-Gürcüstan” üçbucağı yaranacaq? Axı müdafiə nazirlərimiz ilk dəfə deyil ki, görüşürlər.

- Bundan nəsə alına bilər. Üç ölkədən birinə hücum olarsa, qarşılıqlı qorunma prinsipini təmin edən üçtərəfli saziş bağlamaq lazımdır.

- Siz dövlətlərimiz üçün ümumi hərbi təhlükənin olduğunu düşünürsünüz?

- Təhlükə çoxdur və hər istiqamətdən - həm şimaldan, həm də cənubdan olması mümkündür. Müdafiə nazirlərimiz, Baş qərargah rəisləri qarşılıqlı yardım sistemini inkişaf etdirməlidirlər. Bəlkə də üç dövlətin birgə Baş Qərargahı olmalıdır. Orada müharibə görmüş, öz işini bilən mütəxəssislər işləməlidir.

- Azərbaycan, Gürcüstan və Türkiyəni bir neçə qlobal layihə birləşdirir. Bura Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu daxildir. Ermənistan tərəfindən həmin magistrallara əngəl yaradılması ilə bağlı təhdidlər var. Bu məsələ də nazirlərimizin gündəmində olmalıdır?

- Əlbəttə! Bu ki terror təhlükəsidir. Düşmən hərbi əməliyyatlardan istifadə edərək, nəyisə məhv edə bilər. Buna hazır olmalı, bir yerdə olmalıyıq. Neft və qaz nasoslarının təhlükəsizliyi və qatarların hərəkətinə cavabdeh olacaq birgə xüsusi bölmələr, bir neçə sürətli reaksiya batalyonu hazırlanmalıdır. Və vahid komandanlıq şərtdir.

- Ermənistan Gürcüstanın qonşusudur. Magistral xətlərinin partladılması halında Tbilisi Yerevana qarşı ciddi tədbirlər görə bilərmi?

- Sizə qısa cavab verəcəyəm, sadəcə olaraq, Sovet İttifaqından bir misal çəkim. Gürcüstanda ən gərgin futbol matçları Yerevanın “Ararat” və Moskvanın “Spartak” komandaları ilə keçirilirdi. Şinləri kəsirdilər və s. Ermənistan özünü nə hesab edir? Hələ ki, heç nə. Ermənistan bizim ölkələrimiz və (ondan yan keçmiş - red.) layihələr arasında yerləşir.(media.az)

Paylaş »
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› Siyahıdakı yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
Son xəbərlər
Bütün xəbərlər »