Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Miqrant məsələsində pul dalınca qaçmırıq”

“Brüsseldə keçirilən görüşdə Türkiyə Prezidenti Avropa İttifaqının verdiyi vədə əməl etmədiyini söyləyib”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Aİ dürüst şəkildə hərəkət etməlidir, çünki Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var: “Biz pul dalınca qaçmırıq. 2016-cı ilin şərtləri ilə müqayisədə suriyalı qaçqınların ehtiyacları da dəyişib. Artıq Türkiyənin başını qatmaq dövrü tamamilə başa çatıb”.

Nazir qeyd edib ki, suriyalı qaçqınlar Türkiyə-Yunanıstan sərhədinə yığışından sonra Aİ rəhbərliyi məsələnin ciddiliyinin fərqinə varıb: “Doqquz ildir ki, biz Türkiyədə bu yükü çəkirik. Avropa İttifaqının yeni rəhbərliyi Türkiyənin çəkdiyi yükün fərqindədir”.(apa)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »