Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vəziyyət epidemiyanın nə qədər davam edəcəyindən asılıdır” - Devalvasiya açıqlaması

Bir neçə gündür cəmiyyətimiz neftin qiymətlərinin aşağı düşməsi və növbəti devalvasiyanın olub–olmayacağı barədə xəbərlərlə çalxalanır. Sadə insanlar vəziyyətdən çıxış yolu olaraq və bu qarışıq durumda bir balaca mənfəət əldə etmək məqsədilə dollar almağa üz tutublar. Amma kütləvi şəkildə başlanan bu hərəkat həm ajiotaja, həm də yeni iddialara səbəb olub.

Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, dolların qiyməti banklarda yox, qara bazarda qalxa bilər.

Ramil Abbasov Ramil Abbasov

“İndiki vəziyyəti 2015-ci il vəziyyəti kimi qiymətləndirmək düzgün deyil. Çünki, 2015-ci ildə manat kütləsi daha çox olduğu üçün dollarlaşma da sürətli gedirdi. Bu da avtomatik olaraq dollar qıtlığına gətirib çıxarırdı. İndiki vəziyyətdə isə dollara ehtiyac o zamanki qədər deyil. Həm də bilirik ki, hal-hazırda səbəb koronavirusun yayılmasından qaynaqlanır. Belə ki, Çindəki vəziyyət neftə olan tələbatı azaltdığı üçün qiymət düşməkdə davam edir. Çindəki vəziyyətdən isə istifadə edərək Rusiyanı sıxışdırmaq istəyirlər. Belə olan halda isə OPEK ölkələri neftin hasilat həcmini artırmaqla bərabər hətta diskauntlara da getməyə hazırdır. Təbii ki, bu vəziyyət onların özlərində də itkiyə səbəb olur. Bu bir növ dempinqi xatırladır. Bazarda olan digər tərəfin ram edilməsi. Epidemiyanın isə nə qədər davam edəcəyi hələ ki bəlli olmadığına görə proses davam edəcək kimi görsənir. İndiki vəziyyət yalnız siyasi-psixoloji vəziyyətdən asılıdır.

Neftin yenidən qiymətinin qalxması birbaşa yayılmış virusla bağlı problemin həll olunması ilə bağlı nikbin xəbərlərin nə vaxt olacağından asılıdır. Hal-hazırda isə devalivasiyanın olacağı inandırıcı deyil. Mərkəzi Bank tərəfindən dollar satışına məhdudiyyət qoyulması isə ajiotajın qarşısını almaq üçündür. Hal-hazırki vəziyytəin uzun müddət davam edəcəyinə inanmıram. Dolların bahalaşması isə qara bazarda olacaq. Biz bunu əvvəlki devalivasiyalarda da gördük. Əgər vəziyyət uzun müddət davam edərsə, o zaman artıq təbii ki, vəziyyət başqa ssenari üzrə gedəcək”- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »