Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif olunub

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yeni konstitusiyanın qəbulundan sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

Bu gün Dövlət Dumasının plenar iclasından öncə jurnalistlərə açıqlamasında V. Jirinovski ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olduğunu bildirib.

"Yenilənmiş Konstitusiya apreldə qüvvəyə minsə, yəqin ki, ölkədə Dövlət Dumasına növbədənkənar seçkilərin keçirilməsi lazım olacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Dövlət Dumasında Rusiya prezidenti Vladimir Putinin ölkə konstitusiyasına dəyişikliklərə bağlı qanun layihəsinə ikinci oxunuşda baxılır. Artıq “Vahid Rusiya” partiyası yekdilliklə Konstitusiyaya dəyişiklikləri dəstəklədiyini açıqlayıb. Rusiya parlamentinin aşağı palatası ilk oxunuşda konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib. Aprelin 22-də ümumxalq səsverməsinin keçirilməsi haqqında qərar qəbul olunub.(apa)

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »