Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Devalvasiya ilə bağlı ekspertlərdən açıqlama

Neft bazarında qiymətlərdə şok yaşanır. Brent markalı neftin bir barelinin qiyməti son gündə 14 dollar ucuzlaşaraq 31,27 dollara düşüb. Martın 7-də hərracda brent markalı neftin bir bareli 45,54 dollardan satılırdı.

Bizimyol.info xəbər verir ki, bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, neftin ucuzlaşması prosesi uzunmüddətli olarsa, o zaman ölkəmizin maliyyə sektoru üçün ciddi problemlərə səbəb ola bilər.

Əkrəm Həsənov

“Azərbaycan iqtisadiyyatı neftə bağlıdır. Buna görə də neftin qiymətinin uzun müddət ucuz qalması milli valyutamızı sarsıda, valyuta ehtiyatlarımızı azalda bilər. Proseslərin bu şəkildə gedişatı dövlət büdcəsinin gəlirlərini də azaldacaq. İstehsalı olmadığı üçün əksər malların idxal olunduğunu nəzərə alsaq, həm bank sistemində, həm də real iqtisadiyyatda böhran ola bilər. Dövlət büdcəsində 55 dollardan götürülən neftin indi 35 dollar olması o deməkdir ki, büdcə gəlirləri aşağı düşəcək, bəzi iqtisadi layihələr gerçəkləşməyəcək. Bu baxımdan bizi çətin günlər gözləyə bilər”,-deyə Ə.Həsənov bildirib.

İqtisadçı-ekspert Rövşən Ağayev isə bildirib ki, manatın ucuzlaşdırılması ilə bağlı təklifləri dəstəkləmir.

Rövşən Ağayev Rövşən Ağayev

“Devalvasiyaya getməkdənsə üzən məzənnəye keçidin tərəfdarıyam. Amma bunun üçün bir sıra siyasi, iqtisadi və institusional addımlar atılmalıdır. Belə ki, ölkədə iqtisadi inhisarçılıq kökündən dağıdılmalıdır, məmur sahibkarlığı heç bir halda olmamalıdır. Avtonom və parlament qarşısında hesabatlı olan Antiinhisar Agentıliyi yaradılmalıdır. Nəticə əsaslı büdcəyə keçid maksimum 2-3 il ərzində tam başa çatıdırlmalıdır. Parlamentin büdcə səlahiyyətləri maksimum artırılmalı, icra hakmiyyətinin büdcə səlahiyyərləri maksimum məhdudlaşdırılmalıdır. Dövlət satınalmaları ən yüksək səviyyədə şəffaflıq və hesabatlılıq təmin edilməli, bu sahəyə məsul agentlik avtonom olmalı və parlament qarşısında hesabat verməlidir. Azad və ədalətli yeni parlament yaradılmalıdır. Əksmərkəzləşmə konsepsiyası qəbul edilib bölgələrin iqtisadi müstəqilliyi artırılmalıdır, maliyyə əksmərkzələşməsi baş verməlidir. Səmərəli fond bazarı formalaşdırılmalı, investisiya institutlarının fəaıliyyəti üçün əlverişli mühit olmalıdır”,- deyə R.Ağayev bildirib.

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »