Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Axı sizin haranız azad deyil?” - Feministin özünə qəsd etməsinə reaksiya

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri

1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Özünü 3-cü mərtəbədən atması, atmazdan öncə bu barədə xəbərdarlıq etməsi və sosial şəbəkədə yazdığı “İçki içdim, intiharın ən gözəli belə olar (ölümün yox, intiharın) deməsi bu qızın sanki yenidən özünü diqqət mərkəzinə atmaq istəməsinə bənzəyir. “Vaginaya azadlıq” şüarını qaldırarkən bəlkə də cəmiyyətin verəcəyi təpkini hesablamamışdı, onu buna sövq edən Əsli, Qurban və Librenin təşviqinə uymuşdu. Hərçənd bu qədər azadfikirli, açıqsözlü olmağı ona əmr edən beyni bir qədər də başqasına uymamağı düşünə bilərdi.

Klinik psixoloq Təhmasib Cavadzadə Bizimyol.info-ya verdiyi açıqlamada bildirib dir ki, intihar etmək istəyən insanlar öncədən hay- küy salmağı sevmirlər .

Təhmasib Cavadzadə Təhmasib Cavadzadə

“Bu halda mən konkret olaraq Ayseli tanımadığım üçün dəqiq bir şey deyə bilmərəm.Ümumiyyətlə, intihara meyilli insanlar psixi cəhətdən sağlam düşüncəli insanlar olmurlar. Psixologiyaları yerində olmur, emosional vəziyyətə düşürlər və düzgün olmayan qərarlar verə bilirlər. Ətrafındakı insanlar bunu görüb, qiymətləndirməli, yardım etməlidirlər.Bu xanım özünü 3-cü mərtəbədən atıb, yəni bu halda ölüm ehtimalı çox azdır. Mən heç kimə demirəm, daha yuxarı mərtəbədən tullanmaq lazımdır.Adətən intihar edənlər səssizicə intihar edirlər, qurtardı getdi. Mən açıqcası qadınların bu yürüşünü anlamadım. Mən anlamdım onlar nə istəyirlər. Biz azad ölkədə yaşayırıq.Hamımızın hüquqları qorunmalıdır. Mən bu yürüşü öz hüquqlarımın pozulması kimi qiymətləndirirəm.Mən niyə görə küçədə “Vaginaya azadlıq” və daha bundan betər, açıq- saçıq ifadələrin bağırıldığını eşitməliyəm. Axı sizin haranız azad deyil? Metronu dağıtdılar, vaqonlara ziyan vurdular. Kişiləri düşmən kimi dəyərləndirdilər. Qadına qaşrı şiddətə son ayrı məsələdir, amma seksual azadlıq tələbi bir ayrı şeydir. 10 milyonluq xalqın yarısı qadındır,5 milyonluq qadınlarımızın neçə nəfəri onlarla razıdır? 21-22 yaşlı bir qıza oğlan yaxınlaşıb müəyyən vədlər verir və evlilikdən qabağ cinsi əlaqəyə girir, sonra da buraxıb gedir. Mən neçə xanım tanıyıram 30 yaşı var , hələ də bu vədlərə inanırlar. Evlilik üçün düşünənlər toydan öncə cinsi əlaqə tələb etmir. Ailələrimiz bunun qarşısını almaq üçün qızlarını qoruyurlar. Bu cinsi azadlığın pozulması deyil.

Aysel Ələkbərzadə

Azərbaycan axı İran deyil ki.Hətta mən deyərdim ki, İranın özündə cinsi azadlıq ABŞ-dan daha çoxdur. Söhbət siğədən getmir. İndi iranlı gəncləri əksəriyyəti siğə ilə cinsi əlaqəyə dini fahişəlik kimi baxırlar, sadəcə birlikdə olmağa üstünlük verirlər.Şahın dövründə “Yeni şəhər” adlı bir yer tikdirmişdi, yəni bu ərazidə gənclər bir-birləri ilə görüşə zaman keçirə bilərdilər, inqilabdan sonra bu ləğv olundu. İnsanın ehtiyacları var, o ehtiyaclar gərək ödənsin.Amma bunu şüarlar altında bağıra- bağıra etmək olmaz. Mən bu anlamda normal cinsi həyat yaşanılmasına neytral yanaşıram. Amma bunu əldə şüar etmək, və ya bu barədə haray -həşir qopartmaq lazım deyil”,- deyə o bildirb.

İlhamə Rəsulova

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »