Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK xətti ilə büdcə daxilolmaları fevralda 2% azalıb

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 605,0 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2%, bu ilin yanvar ayı ilə müqayisədə isə 1,2% azdır.

DGK-nın verdiyi məlumata görə, bu ilin fevral ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19,6% artaraq 86 308,7 min manat olub. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu göstərici 2,3% artıb.

Həmçinin, cari ilin fevral ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 7,4% azalaraq 86 308,7 min manat (bu ilin yanvar ayı ilə müqayisədə 2,4% az), aksizlər üzrə 18,3% azalaraq 9 834,1 min manat (yanvarla müqayisədə 1,6% artım), yol vergisi üzrə daxilolmalar isə 6,4% artaraq 3 381,9 min manat (yanvarla müqayisədə 10% az) təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində DGK xətti ilə dövlət büdcəsinə 170 670,1 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,35% azdır.

Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% artaraq 170 670,1 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 3,3% azalaraq 465 985,3 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin ilk iki ayı ərzində daxilolmalar 32,5% azalaraq 19 513,4 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 7 137,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrümdə qeydə alınan göstəricidən 11% çoxdur.(apa)

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »