Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yenə gəldi neft böhranı: “30 dollar olsa, büdcə çökməyəcək...”

Biz neft ölkəsi olaraq neftin qiymətlərindəki təbəllüadları dəfələrlə yaşamışıq. Amma bu dəfə xına o xınadan deyil. Qiymətlər kəskin şəkildə azalıb. Amma önəmli olan məsələ prosesin nə qədər uzun çəkəcəyidir. 2009-ci ildə bu böhran o qədər də uzun çəkmədi. 2009-cu ildə neftin qiyməti 31 dollara qədər ucuzlaşmışdı. Amma bir müddət sonra - 2011-ci ildə ABŞ nüvə sazişi ilə bağlı İrana qarşı sanksiyalar tətbiq etməyə başladı və nəticə etibarı ilə neft bazarında qiymətlər yenidən artmağa doğru getdi.

Yəni 2015-ci ildə də neftin qiyməti ucuzlaşsa da uzun müddət aşağı olmadı.

Koronavirusun təlaşı 2020-ci ildə nefti də vurdu və hələ ki vəziyyətin necə olacağı haqqında fikir bildirmək çətindir.Hadisələrin necə cərəyan etməsindən asılı olaraq bizim beyin mərkəzlərimiz, iqtisadiyyatımız yəqin ki, buna öncədən hazırlıqlı idilər. Ən azından olmalıydılar. Rusiya, Qazaxıstan - dövlət başçıları neftin ucuzlaşan qiymətinin təsirlərini və fəsadlarını neytrallaşdırmaq üçün Mərkəzi Bankla, hökümətlə məsləhətləşmələr aparır, müvafiq planları və anti-böhran tədbirlərini müzakirə edir, aidiyyatı dövlət orqanları müntəzəm olaraq zəruri açıqlamalar verir.Bizdə isə hələlik susqunluqdur. Odur ki, neft 30 dollar olarsa başımıza gələcəkləri qitisadçının dilindən eşitmək istədik.

Natiq Cəfərli Natiq Cəfərli

Natiq Cəfərli Bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, neft 30 dollar olsa bu o demək deyil ki, büdcə bu il çökəcək, maaş-təqaüd verilməyəcək. “Primitiv modellə yaşayan ölkədə büdcə 49% Neft Fondundan birbaşa transfertlə, 11%-ə yaxın isə neft sektorundan gələn vergilərlə formalaşır. Neft 30 dollar da olsa büdcə öhdəliyi yerinə yeririləcək - Neft Fondundan bu il büdcəyə nəzərdə tutulan 11,350 mlrd. manat köçürüləcək, bunun qiymətə dəxli yoxdur. Ucuz qiymətə görə büdcə neft sektorundan 500 mln. manat daha az vergi daxil olacaq ki, bu da ciddi faciə deyil. Əsas problem Neft Fondunun büdcəsində olacaq. Qiymət 35 dollar olsa NF-dunun gəlirləri, təqribən 5 mlrd. manat azalacaq, kəsr yaranacaq, öz ehtiyatlarından xərcləməli olacaq. Daha bir bəla odur ki, NF-nun aktivlərində əsas hissə dollarladı - dünyada dollar da düşür, bundan başqa NF-nun qiymətli kağızlarda və daşınmaz əmlakda olan aktivləri də ucuzlaşır.

Ucuz neft xarici ticarət dövriyyəmizi çökdürəcək, xarici ticarət balsında mənfi saldo yaranacaq, ölkənin aldığı satdığından çox olacaq və paralel olaraq ÜDM də azalacaq,

Ucuz neft ölkənin cəlbediciliyini və əhalinin alıcılıq qabiliyyətini azaldır, çünki inflyasiya və devalvasiya gözləntisi spiralvarı prosesə təkan verir və qaçılmaz edir, bu da zatən pis gündə olan investisiya mühitini lap dibə vurur”.

Natiq Cəfərlinin fikrinə görə yaranacaq problemlərin qarşısını almaq manatı 15% ucuzlaşdırmaq, inzibati məzənnəni 1.95 etmək , ancaq dövriyyədən hesablanan və kiçik həcmli vergi tutulan sistemə keçmək lazımdır. Ölkədə istehsalı olmayan bütün növ mallar üzrə gömrük rüsumu cəmi 1% təyin edilməli, (hesabatlılıq üçün cüzi rüsum vacibdir), NF-dan ayırılan vəsait hesabına nizamnamə kapitalı 10 mlrd. manat olan Dövlət İnvestiya Bankı yaradılmalı və ANCAQ kiçik-orta sahibkarlara ən azı 3, ən çoxu 7 illik cəmi 3%-lə investisiya kreditləri verilməlidir. Əsas istiqamət istehsal və xidmət layihələri olmalıdır. Bu yolla azı 500 min yeni iş yeri yaratmaq, daxili istehsalı gücləndurmək olar. Dövlətin balansında olan istehsal və xidmət aktivləri satışa çıxarılmalıdır, dövlətin balansında olan və ziyanla işləyən müəssisələr özəlləşməlidir.

İlhamə Rəsulova

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »