Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AİB: Azərbaycanın turizm sektoru koronavirusa görə 10 mln. dollar itirə bilər

Azərbaycanın turizm sektoru koronavirusa görə ən pis halda 10,3 mln. ABŞ dolları itirə bilər ki, bu da ÜDM-in 0,02%-nə bərabərdir.

Bu barədə Asiya İnkişaf Bankından (AİB) bildirilib.

Bankdan verilən məlumata görə, dünyada sürətlə yayılan koronavirus səbəbindən insanların səyahətinə maneələr Azərbaycandan da yan keçməyəcək.

AİB-in digər proqnozuna görə, ölkə ən yaxşı halda 3,4 mln. dollar itirə bilər ki, bu da ÜDM-in 0,007%-ni təşkil edir.

Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar ayında 6 520,2 mln. manatlıq (3 835,3 mln. dollar) ÜDM istehsal olunub.

Qeyd edək ki, bankın qlobal proqnozuna görə, turizm sahəsində ən çox gəlir itkisi ilə Çin üzləşəcək. Ən pis halda ölkə 35 135,3 mln dollar, ən yaxşı halda isə 15 241,6 mln. dollar itirəcək. Bu, müvafiq olaraq Çin ÜDM-nin 0,2%-nə və 0,1%-nə bərabərdir.(apa)

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »