Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə-Rusiya toqquşması "Azeri Light" neftini də kəskin ucuzlaşdırıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 10,54 ABŞ dolları, yaxud 22,35% azalıb.

Bizimyol.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,62 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

Xatırladaq ki, dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Rusiyaya təklif etmişdi ki, hasilatı azaltmaqla qiyməti artırmaq tədbirlərinə qoşulsun. OPEK üzvləri hasilatı azaltmaq barədə razılığa gəlsələr də, Rusiyanın bu plana arxa çevirməsi Səudiyyəni özündə çıxarıb və radikal addımlara məcbur edib.

Moskva, Kreml Moskva, Kreml / Foto: Pixabay.com

Moskva OPEK-in təklifini rədd edəndən sonra Səudiyyədən gələn açıqlama neft bazarını alt-üst edib. Ərəb ölkəsi Rusiyanın hərəkətinə cavab olaraq bəyan edib ki, hasilatı artırmaqla neft bazarında öz payını qoruyub saxlayacaq. Açıqlamanın ardından bir gündə neftin bir barrelinin qiyməti 30 faizdən də çox düşərək təxminən 33 dollar səviyyəsinə enib. Bir gün ərzində bu miqyasda qiymət enişi daha əvvəl yalnız 1991-ci ildə körfəz müharibəsi ərəfəsində baş vermişdi.

Səudiyyədən aldığı zərbənin ardınca Rusiya 2 gün ərzində təxminən 300 milyon dollar itirib.

Qeyd edək ki, son bir gündə neftin qiyməti yenidən artıma meyllənib, amma artım miqyası cəmi 7 faiz təşkil edib. Yaranmış vəziyyət Azərbaycanın da dollar mədaxilini kəskin azaldıb və manatın devalvasiyası riskini artırıb.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər