Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gündən 1-ci siniflərə şagird qəbuluna başlanılır

Bu gündən etibarən 2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə elektron şagird qəbuluna başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Təhsil Nazirliyi Təhsil Nazirliyi

Uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (www.mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər.

Martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilib.

Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu da elektron qaydada (www.mektebeqebul.edu.az) həyata keçiriləcək. Bunun üçün valideynlər bu gündən başlayaraq elektron qeydiyyatdan keçməlidirlər. Martın 13-dən isə məktəb seçimini həyata keçirə bilərlər. Eyni qaydada, digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.(apa)

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »