Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir çox ölkələr virusla bağlı həqiqəti gizlədir” - Beynəlxalq qurumdan açıqlama

Dünyada rəsmi olaraq 104 ölkədə koronavirus qeydə alınıb. Amma bəzi ölkələrin gerçəyi gizlətdiyi hiss olunur.

Məsələn, Şimali Koreyada ilk virus daşıyıcısının öldürülməsi barədə xəbərlər gəlirdi. Amma KXDR rəsmi olaraq bunu təsdiq etmir.

Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla  bağlı gerçəyin deyilmədiyini düşünür. Qurumun bəyanatında bu ifadə diqqət çəkir: “Bir çox ölkələr virusla bağlı həqiqəti gizlədir”.

Böyük ehtimalla ÜST Şimali Koreyanı, o cümlədən, bir çox dövlətlərə aviareysləri təxirə salan Türkmənistanı, ölüm sayını azaltmaqda ittiham edilən İranı nəzərdə tutur. İranda ölənlərin sayının 2 min nəfəri keçdiyi bildirilir. Sosial şəbəkələrdəki videolarda kütləvi məzarlıqlar salındığı görünür. Amma bizim qonşu ölkə yalnız 237 nəfərin virusdan öldüyünü təsdiqləyir.

Son xəbərlər
Bütün xəbərlər »