Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “İŞİD-lə mübarizə aparan yeganə NATO ölkəsiyik”

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə Belçikaya birgünlük işgüzar səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Rəcəb Tayyib Ərdoğan görüşdən sonra hərbi alyansın rəhbəri ilə birgə mətbuat konfransı keçirib.

Türkiyə prezidenti deyib ki, heç bir Avropa ölkəsi Suriyada münaqişəyə və insanlıq faciəsinə laqeyd münasibət bəsləməməlidir.

Dövlət başçısı qeyd edib ki, NATO müttəfiqi Türkiyə ilə həmrəylik nümayiş etdirməlidir. “Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan və şəhidlər verən yeganə NATO ölkəsiyik”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb. O, qeyd edib ki, Türkiyə artıq 9 ildir Suriyadan olan təhlükəyə qarşı mübarizə aparır. (Report.az)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »