Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən feministlərin tələbi ilə bağlı açıqlama: “Son dərəcə təhlükəlidir”

Xəbər verildiyi kimi martın 8-d Bakıda bir qrup feminist qadın ölkədə qadınlara qarşı zorakılığa son qoyulması üçün yürüşüb keçirmişdi. Aktivistlərin əsas tələblərindən biri məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan "İstanbul Konvensiyasının" ölkəmizdə də ratifikasiya olunması idi.

Qeyd edək ki, İstanbulda imzalandığı üçün İstanbul Konvensiyası adlandırılan sənədin tam adı “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən il yaydığı bəyanatda bildirilib ki, adı çəkilən konvensiyaya qoşulmaq ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub.

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, İstanbul konvensiyasına qoşulmaq son dərəcə təhlükəlidir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sahib Məmmədov

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasına və onun fakültativ protokollarına qoşulub. Bu bəs edir. Yetər ki, əməl olunsun. İstanbul konvensiyası son dərəcə təhlükəlidir. Hər şey bir tərəfə kişilərin qadınlara münasibətdə etdiyi istənilən verbal (söz, yazı) və qeyri-verbal (bədən dili, mimika ilə) hərəkətlər onun mühakiməsi üçün əsas yaradır. Yəni kimsə iş yoldaşına, kolleqasına, qonşusuna "Çox gözəl görünürsüz" deməsi və ya onun məsələn geyiminə baxıb baş barmağı ilə "Əla" işarəsi verməsi belə qadağan olunur. Məncə bu bizim xanımlara sərf etməyəcək. 8 martda qadınlara iş yerində gül və ya hədiyyə vermək də cinayətə bərabər olacaq. Bu qədər zərərli bir sənəddir. Mən 2003-cü ildə Polşada təhsil alarkən Strasburqda paraktikada idim. Sonradan həmin bu konvensiyanın müəllfləri və təşəbbüskarları olan bir sürü qadınla debatımız olmuşdu. Şokda idik. Hamısı xəstə təfəkkür daşıyıcısı. Onalara görə qadına tərəf baxmaq artıq cinayət idi”,-deyə hüquq müdafiəçisi bildirib.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »