Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın Brüssel səfərinin proqramı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə birgünlük Brüsseldə işgüzar səfərdədir.

Məlumatı “Haber7” yayıb.

Bildirilib ki, Türkiyə prezidenti səfər çərçivəsində Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin də qatılacağı görüşdə Türkiyə-Avropa İttifaqı arasında ikitərfli əlaqələrin bütün istiqamətləri, əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik atıla biləcək addımlar müzakirə ediləcək.

Görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət, suriyalı qaçqınlarla bağlı yaranan problem, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.

Türkiyə prezidenti səfər çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul etməyi də planlaşdırır.

Qeyd edək ki, Avropa İttifaqı rəsmi Ankaradan Yunanıstan-Türkiyə sərhədinə cəmləşən suriyalı qaçqınları geri çəkməsini istəyir.(report)

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »