Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertlər feministlərin aksiyasını tənqid etdilər

Feminist Hərəkatı Bakının mərkəzində "8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşünü keçirib. Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub.

Yürüş cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkədə yürüşü tənqid edənlər çoxluq təşkil ediblər. Tənqid edənlər intim şüarların şiddəti artıracağını və yürüşün əks effket verəcəyini bildiriblər.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bizimyol.info-ya bildirib ki, bu çür yürüşü görən ailələrdə qız övladlarına qarşı qıcıq, qorxu, təpki, acıq yaranacaq: “Şüarlar düzgün seçilməyib. Qadın həmrəliyindən və qadınlara qarşı zorakılığın qarşısının alınması, qətillərdən söhbət gedirdisə, intim məqamları vurğulayan şüarlar sanki qadınları aşağılamış kimi çıxdı. Bu günləri cəmiyyət o şüarlara qətiyyən hazır deyil. Bilirsiniz ki elementar cinsi tərbiyə bu günlərdə məktəblərdə tədris edə bilmiriksə, uşaqlarla maariflənmə işi apara bilmiriksə, deməli bunu zamanla hazırlamaq lazımdır. O səbəbdən şüarlar birmənalı şəkildə qarşılanmadı. Bu kimi şüarlar qadınların zərərinə işlədi, nəinki xeyrinə.

Belə aksiyalarda regionlarımızı nəzərdə saxlamalıyıq. Bu çür yürüşü görən ailələrdə övladlarına qarşı qıcıq, qorxu, təpki, acıq yaranacaq. Mənim qızım da bu aksiyalara qoşula bilər deyə düşünürlər. Hətta sosial şəbəkələrdə bu aksiyanın LGBT-nın təbliğ olunduğunu qeyd edənlər gördüm... Həqiqətən də şüarlarda intim məsələləri qabardılmasa idi, yürüşü maraqlı hesab etmək olardı”.

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, tarixə baxdıqda heç vaxt və heç yerdə qadınlar hər hansı hüquqa özləri nail olmayıblar: “Qadınlara hüquqları kişilər verib. Tarixən qadın qula bərabər olub. Sonradan tədricən ona şəxsi azadlıq, mülkiyyət hüququ, seçki hüququ və s. veriblər. Düz də ediblər! Amma hər şeyin həddi var! Kapitalizmin əsas amalı gəlir olduğu üçün bəzi kişilər "feminizm" kimi axmaq ideologiyadan və "gender bərabərliyi" kimi mənası belə aydın olmayan prinsipdən istifadə edərək qadın bədənini mənfəət naminə istismar edirlər. Buna görə də qadınlara əxlaqsızlıq hüququnu da vermək istəyirlər. Tarixi bilərək, ilk növbədə belə hüququ əldə etmək istəyənlərə qarşı deyil, onu vermək istəyənlərə qarşı mübarizə aparmalıyıq...”

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər