Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Koronavirus vaksininin sınaqları apreldə başlayacaq

Koronavirus epidemiyası dünyada iyun ayına qədər hökmranlıq edəcək.

Bizimyol.info Qazeta.ru-ya istinadən xəbər verir ki, bu məlumatı Çinin Səhiyyə Komitəsinin rəhbəri Çjun Nanşan səsləndirib. Bununla yanaşı ÜST yayda bu virusun öləcəyi barədə informasiyanı boş ümid kimi dəyərləndirib.

“İyun ayına kimi bu epidemiya müxtəlif ölkələrə yayılmaqda davam edəcək. Gələcək tədbirlərimiz bu virusun Çin sərhədlərindən daşınan məhsullarla kənara çıxmasının qarşısını almağa yönələcək”,- deyə o qeyd edib.

ÜST-ün fövqəladə hallar üzər icraçı direktoru Maykl Rayan martın 7-də mətbuat konfrasnsında bəyan edib ki, yayda bu virusun tamamilə məhv olması ehtimalı azdır.

UST - Ümumdünya Səhiyyə Təşkilatı

“Bu virusun qrip kimi yayda itəcəyi barədə ümidlər boş ümidlərdir. Biz buna ümid edirik, əgər belə olarsa, bu taleyin bizə hədiyyəsi olacaq. Lakin hələlik yayda virusun öləcəyinə dair əsaslı məlumatımız yoxdur. Buna görə, onunla indi sona qədər mübarizə aparmaq məcburiyyətindəyik. Onun öz-özünə keçəcəyinə ümid etmək olmaz. Buna görə, infeksiyanın qarşısının ən kəskin şəkildə alınmasına çağırıram. İndi bir çox ölkələr virusa qaşı vaksin hazırlamğa başlayıblar, onlardan biri də Rusiyadır”,- deyə ÜST rəsmisi qeyd edib.

Qeyd edək ki, Rusiyanın baş nazirinin müavini Tatyana Qolikova ölkə prezidenti Vladimir Putinlə görüş zamanı bildirib ki, Novosibirsk vilayətində fəaliyyət göstərən “Vektor” Elmi Mərkəzində hazırda bu virusa qarşı 5 istiqamətdə preparat hazırlanmaqdadır, son nəticə olaraq 13 variantda vaksin əldə ediləcək.Çinli alimlər isə artıq siçanlar üzərində təcrübəni başa vurublar, aprel ayında koronavirusa qarşı vaksinlərin kliniki sınağı başlanılacaq.

ABŞ prezidenti Donald Tramp da ölkəsinin vaksin hazırlıqlarının sürətli və yaxşı irəlilədiyini bəyan edib. ABŞ Səhiyyə Nazirliyinin rəsmisi Entoni Fauçi də aprel ayında vaksinin kliniki sınaqlarının başloanacağını bildirib.

O, vaksinin uğurla nəticələnəcəyinə ümidvar olduğunu söyləyib.Bütün ölkələrin vaksin hazırlamaq uğrunda bu səyləri artıq iyun ayında dəhşətli virusun sonunun çatacağını deməyə ümid verir.

Rusiya Elmlər Akademiyasının İvanovsk Virusologiya institutunun alimləri isə deyirlər ki, virusu gen mühəndisliyi yolu ilə 2-3 həftədə hazırlamaq olar. Lakin, onun insan orqanizminə təsir müddətini qısaltmaq mümkün deyil.Onun zərərsizliyini, imunnogen özəlliyini öyrənmək üçün zaman lazımdır.

Xatırladaq ki, son məlumatlara görə, dünyada COVID-19-a 109641 nəfər yoluxub.3822 nəfər ölüb, 62039 nəfər sağalıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »