Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisin repetitorlara cərimə yazması xəbərinə rəsmi cavab

Koronavirus səbəbi ilə təhsil müəssisələrində dərslərin dayandırılması ilə orta məktəblərdə repetitor yanına gedən şagirdlərin də fəaliyyəti dayandırılıb.

Maraqlıdır ki, övladlarını müəllim yanına hazırlığa göndərən valideynlərin böyük əksəriyyəti qeyd edir ki, müəllimlərin evdə şagird qəbulu qadağan edilib və polis nəzarətinə alınıb. Polislər küçə- küçə gəzərək evdə şagird hazırlayan müəllimlərə xəbərdarlıq edirlər. Polislərə bu əmri kim verib, ümumiyyətlə deyilənlər doğrudurmu?

Ehsan Zahidov Ehsan Zahidov

Bizimyol.info-nun bu sualını cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirdi ki, bu deyilənlər əsassız və yalan məlumatlardır. Martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bunun müəllimlərin repititorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil. Bəzi şəxslər WhatsApp"da səs yazısı paylaşaraq iddia edirlər ki, guya polis əməkdaşları repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər:

Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində də iş aparılır”.- deyə Ehsan Zahidov bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »