Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert neftin ucuzlaşmasından danışdı: Təcili tədbirlər lazımdır

“OPEC və Rusiya 2016-cı ildə hasilatın azalmasına dair anlaşmada yalnız ABŞ uddu. Azərbaycanda növbəti devalvasiya qaçılmazdır, 2 rəqəmli inflyasiya da olacaq, bu primitiv iqtisadi model və bacarıqsız hökumət problemləri operativ həll edə bilməyəcək. İlk olaraq hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi, və ya Böhran Masası qurulmalıdır”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli Natiq Cəfərli

“OPEC və Rusiya 2016-cı ildə hasilatın azalması ilə bağlı razılaşmaya imza atanda mən RBK və RİA Novosti kimi nüvuzlu mediaya müsahibə verdim, dedim ki, bu anlaşma mənasızdır, ən çox udan ABŞ olacaq, çünki qiymətlər "slans klapanını" sonuna qədər açacaq. O zaman Reuters agentliyi də bu tezisimə istinad edən xəbər yaymışdı.

Dünən Rossneftin mətbuat katibi Mixail Liyontyev OPEC-lə anlaşmadan nədən imtina etdikləri haqqında açıqlama verib, deyib ki, bu anlaşma ancaq ABŞ-ın "slans" istehsalçılarına kömək oldu, onları gücləndirdi. Nazir Novak da bənzər açıqlama verib.

Təvazökarlıqdan kənar olsa da, 4 il əvvəl, anlaşma imzalanan gün, yəni həmən mənim səsləndirdiyim tezis o boyda Rusiyaya 4 sonra çatdı. Rusiya yaxın 2 ildə aşağı neft qiymətlərini gözə alıb və ABŞ istehsalçılarını bazardan çıxartmaq istəyir. Bu haqda da 3 gün əvvəl yazmışdın. (Bütün dediklərimin istinadı, linklər şərh bölümündə olacaq)

Azərbaycanda növbəti devalvasiya qaçılmazdır, 2 rəqəmli inflyasiya da olacaq, bu primitiv iqtisadi model və bacarıqsız hökumət problemləri operativ həll edə bilməyəcək. İlk olaraq hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi, və ya Böhran Masası qurulmalıdır. Prezidentin iştirakı ilə o masada həqiqətlər deyilməli, ciddi müzakirələr olmalı, effektiv və işlək qərarlar alınmalıdır. Nazirlər Kanineti alınmış qərarları icra etməli, buna nəzarəti isə Böhran Masası Sivil Toplum və media ilə birlikdə həyata keçirməlidir. Böhran Masasının gündəliyini növbəti yazılarda ayrıntılı şəkildə yazacam.

Vəziyyət çox gərgindir, hökumət öz yalan rəqəmlər və pafoslu tezislər üzərində qurduğu iş rejimi ilə ölkəni bu böhrandan çıxara bilməyəcək.

Neft təbii ki, daim 30-35 dollar olmayacaq, oynamalar baş verəcək, amma bu ilin orta qiyməti 40 dollar civarında olacaq. Buna ölkə hazır deyil - təcili hazırlaşmaq lazımdır”,- deyə o vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »