Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın daxili işlər nazirinin müavini koronavirusa yoluxub

İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar da koronavirusa (COVİD 19) yoluxub.

Bunu Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sözçüsü Əli Bəxtiyari deyib.

Ə.Bəxtiyari bildirib ki, təşkilatın sədri ötən həftə qripə yoluxma əlamətləri ilə həkimə müraciət edib, onun koronavirusa yoluxduğu məlum olub.

Ə.Bəxtiyarinin sözlərinə görə, İ. Nəccarın səhhəti yaxşılaşdığı üçün bu gün o, həkimlərin göstərişi ilə evə buraxılıb və ev şəraitində karantinə alınıb.

Qeyd edək ki, ötən iki həftə ərzində İranda bir neçə məsul şəxs və rəsmilər koronavirusa yoluxub. Onlardan bəzisi epidemiyadan həyatını itirib.(apa)

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »