Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin ucuzlaşması birjalarda səhmlərin kütləvi satılmasına səbəb olub

Dünya bazarında neftin kəskin ucuzlaşması bazar ertəsi Asiya birjalarında səhmlərin kütləvi şəkildə satılmasına səbəb olub.

Bazar Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq vədindən sonra sarsıntı yaşayır. Neftin qiymətinin düşməsi digər siniflərin aktivlərinin daha da satışına səbəb olub.

“JPMorgan Asset Management” şirkətinin Asiya bazarı üzrə aparıcı analitiki olan Tay Xuyenin fikrinə görə, neftin daha da ucuzlaşması riski neft-qaz şirkətlərinin onsuz da azalmış səhmlərinə zərbə vura bilər.

Hazırda ən böyük itkilər neft sektorundadır. Honq-Konqda Çin nəhəngi "Petrochina"nın səhmləri təxminən 10% ucuzlaşıb. Bundan əlavə, Çin Milli Dəniz Neft Korporasiyasının qiymətli kağızları 17% dəyərdən düşüb.

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,51% azalaraq 1 barelə görə 33,27 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,83% azalaraq 29,79 dollar təşkil edib.(apa)

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »