Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumun narkotik bazası aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adamöldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında tutulub.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik maddə aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutularında və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »