Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyənin Suriyanın ərazisini ilhaq etmək kimi bir niyyəti yoxdur"

Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və onun heç bir hissəsini ilhaq etmək niyyətində deyil.

“NTV” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğan bəyan edib.

“Türkiyənin müharibədən parçalanan Suriyadakı məqsədləri heç vaxt ora hücum etməkdən ibarət olmayıb. Bizim yeganə məqsədimiz Türkiyəyə sığınan 3,6 milyon və sərhədlərimizin yaxınlığında İdlibdə yaşayan 1,5 milyon suriyalının təhlükəsiz qaydada evlərinə qayıtmasına şərait yaratmaqdır. Biz ən qısa zamanda Suriyanın ərazi bütövlüyünün və siyasi vahidliyinin bərqərar olunmasını görmək istəyirik”, - deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların yerləşdirilməsinə 40 milyard dollar xərclədiyi halda Avropa Birliyi rəsmi Ankaraya bu məqsəd üçün sadəcə üç milyard dollar ayırıb.(oxu.az)

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər