Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbov tərəfdarlarına səsləndi

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı yaranan anlaşılmazlıq bir müddət əvvəl idman ictimaiyyətinin diqqət mərkəzinə düşmüşdü.

Şahmatçı imtinasının COVID-19 təhlükəsi ilə bağlı olduğunu bildirsə də, FIDE bu imtinanı şəxsi məsələ ilə əlaqələndirmişdi.

Teymur öz açıqlamasında bildirmişdi:

“Mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam”.

Bu gün isə şahmatçı sosial şəbəkə hesabında onun fikrini anlayışla qarşılayan tərəfdarlarına müraciət edib:

“Mən minlərlə dəstək mesajı aldım. Mən dünyanın müxtəlif yerlərindən olan həmvətənlərimlə, şahmat fanatları ilə, komanda yoldaşlarımla, dostlarımla və əlbəttə ki, ailəmlə fəxr edirəm. Çox sağ olun!”(oxu.az)

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »