Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Eurovision" mahnı müsabiqəsində koronavirus qorxusu

İsrail və İsveç nümayəndələri, eləcə də Avropa Yayım Birliyi koronavirus epidemiyası səbəbiylə Rotterdamda "Eurovision" iştirakçılarının iş toplantısında iştirak etməkdən imtina edib.

Bizimyol.info xəbər verir ki, "Eurovision 2016" şərhçisi Dmitri Quberniev, gazeta.ru-ya şərhində etiraf etdi ki, bu il müsabiqə boş tribunalarda keçirilə bilər.

Avropa Yayım Birliyinin nümayəndələrindən birinə koronavirus infeksiyası diaqnozu qoyulmasından sonra təşkilata səyahət qadağası qoyulub. Bu səbəblə bu il "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək 41 ölkədən olan nümayəndə heyəti ilə 9 marta təyin edilmiş  görüşdən imtina etdilib.

İsveç və İsrail nümayəndələrinin də həmin günə təyin olunan işçi görüşdə iştirak etməyəcəyi də məlum olub.

"Eurovision"u yayımlayan İsrail KAN təşkilatının rəhbərliyi, səhiyyə nazirliyinin tövsiyəsi ilə səfəri ləğv etdib. Şöbə KAN nümayəndələrinin bu görüşdə iştirak etməməsini məsləhət görüb.

Son xəbərlər
Bütün xəbərlər »