Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda hakimiyyət və müxalifət razılığa gəlib

Gürcüstanda hakimiyyət və müxalifət təmsilçiləri 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi barədə razılığa gəlib.

Bunu jurnalistlərə açıqlamasında parlamentin Sədri Arçil Talakvadze bildirib.

İmzalanmış Memoranduma əsasən, bu il keçiriləcək parlament seçkilərində 150 deputatdan 120-i proporsional qaydada (partyia siyahısı ilə), 30-u isə majoritar qaydada seçiləcək. Seçkilərdə baryerin 5 faizdən 1 faizə endirilməsi barədə də razılıq əldə olunub.

Qeyd edək ki, Gürcüstanın hazırda qüvvədə olan Konstitusiyasına əsasən, 77 deputat proporsional qaydada, 73 deputat majoritar qaydada seçilir.(apa)

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər