Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada Leninə heykəl qoyurlar - Foto

Almaniyanın qərbində rus inqilabçısı, SSRİ-nin yaradıcılarından biri Vladimir Leninin ilk heykəli peyda olacaq. Bu haqda “Deutsche Welle” məlumat verir.

Bizimyol.info xəbər verir ki, Helzenkirhen şəhər məhkəməsi heykəl qoyulmasıyla bağlı qadağanı aradan götürüb.

Vladimir Lenin

İndiyə qədər hesab olunurdu ki, abidə ümumi memarlıq mənzərəsinə xələl gətirəcək. Amma məhkəmənin qərarı sosialistlərin arzsunu yerinə yetirəcək. Martın 14-də 2 metr 15 santimetr hündürlüyündəki heykəlin açılışı olacaq. Təşəbbüs Almaniya Marksist-Leninist Partiyasından gəlib.

Partiya 1982-ci ildə yaradılıb. Təbii ki, siyasi təşkilat Karls Marksa, Fridrix Engelsə, Vladimir Leninə, İosif Stalinə, Mao Tszeduna pərəstiş ruhunda fəaliyyət göstərir. 2005-ci il federal seçkilərində partiya cəmi 0,1 faiz səs toplamışdı.

Son xəbərlər
Bütün xəbərlər »