Dünyada Azərbaycan neftinin ucuzlaşması fonunda sosial şəbəkələrdə özəl kommersiya banklarında xarici valyuta satışının həyata keçirilməməsi ilə bağlı məlumatlar paylaşılır. Bu vəziyyəti iki dəfə devalvasiyanın beş verdiyi 2015-ci ildə yaşayan vətəndaşların növbəti devalvasiyasının olacağı ilə bağlı şərhləri çoxluq təşkil edir.
Mövzu ilə bağlı Bizimyol.info-ya açıqlama verən iqtisadiçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada iqtisadi aktivliyin azalması fonunda neftə tələbatın azalması və neftin qiymətinin ucuzlaşması prosesi davam edərsə, devalvasiya baş verə bilər.

“Hələ ki ajiotajın olması üçün ciddi səbəblər yoxdur. Yeganə səbəb neftin qiymətində uzuclaşmanın müşahidə olunmasıdır. Və Azərbaycanın büdcə hədəflərinin artıq tutdura bilməməsi təşvişi var. Yəni 2020-ci il üçün dövlət büdcəsi bir barel neftin 55 dollar məbləğində hesablanıb. Bu gün Azərbaycan neftinin qiyməti 55 dollardan aşağıdır. Uzun müddət neftin qiymət bu səviyyədə qalsa və növbəti ucuzlaşma dalğaları baş versə, bunun ehtimalı yüksəkdir. Dünyada ciddi iqtisadi dağılma müşahidə olunur. Neftə olan tələbat azalır, turizm sektorunda 33 faizdən çox gəlirlərin azalması müşahidə olunur, minlərlə aviareyslər təxirə salınır.
Dünyada iqtisadi aktivliyin azalması müşahidə olunur. Neftə tələbat azalıb. Odur ki neftin qiymətinin yaxın gələcəkdə də düşməsi gözlənilir. Bu da cəmiyyətdə ajiotaj yaradıb. Qonşu ölkələr olan Türkiyəd’ və Rusiyada milli valyutaların dəyərdən düşməsi prosesini görürük. Fərqli səbəblər olsa da, türk lirəsi və rus rublu qiymətdən düşürlər. Hətta Gürcüstan larisində də ucuzlaşma müşahidə olunur. Bu da Azərbaycanda növbəti devalvasiya gözləntisini artırır. Açığı hökumətin və Mərkəzi Bankın həmin anda devalvasiyaya getməsi ehtimalı çox aşağıdır. Təxminən aprel ayının sonu may ayının əvvəlinə kimi gözləmə mövqeyi tutacaqlar. Dünyada iqtisadi vəziyyət bu səviyyədə qalarsa, neftin qiyməti ucuzlaşmalar davam edəcəksə manatın ucuzlaşmasına mane olmayacaqlar”,-deyə iqtisadçı-ekspert N.Cəfərli bildirib.
Ramid İbrahimov