Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanlar miqrantları soyundurub buraxır - Foto

Türkiyə-Yunanıstan sərhədinə üz tutan minlərlə suriyalı döyülərək geri qaytarılır. Yunan əsgərlər onlarla bacardıqca sərt davranır.

Bizimyol.info xəbər verir ki, Türkiyə telekanalları miqrant böhranına geniş yer verir. Demək olar, bütün süjetlərdə yunanların miqrantlarla pis davrandığı haqda danışılır. Kadrlardan bəzisində suriyalıların geri paltarsız qayıtdığı görünür. Ədirnədə jurnalistlərlə söhbət edən zərərçəkənlərdən 3-ü əvvəlcə döyüldüklərini, sonra isə soyundurulduqlarını iddia etdilər.

Yunanlar miqrantları soyundurub buraxır - Foto

Ümumiyyətlə, geri qaytarılanların çoxu pulları, telefonlarını itirdiklərini bildirirdilər.

Yunan əsgərlərin canfəşanlığına baxmayaraq, sərhədi minlərlə miqrant keçib. Xüsusilə Midilli adasında xeyli suriyalı toplaşıb. Onlar paytaxt Afinaya getmək üçün fürsət axtarır.

Son xəbərlər
Bütün xəbərlər »